[b]“Neftçi” 2 futbolçunun maaşını azaldır[/b]
07.05.2018 - 11:23
[b]“Neftçi” 2 futbolçunun maaşını azaldır[/b]

Mövsümün sonu yaxınlaşdıqca transfer çalışmalarını sürətləndirən “Neftçi” digər tərəfdən də heyətdəki oyunçularla görüşlərə başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi müqavilə müddəti bitmək üzrə olan futbolçularla danışıqlar aparır.

 

Komandanın Avropa Liqasına vəsiqə uğrunda yarışdığı bir vaxtda klub prezidenti Kamran Quliyev oyunçuların maaşlarını azaltmaq barədə düşünür. Bu isə mövsümün həlledici mərhələsində futbolçuların ürəyincə deyil.

 

Müdafiəçi Məhəmməd Mirzəbəyov və yarımmüdafiəçi İqnasio Errera ilə artıq görüş keçirilib. Sözləşmə müddəti bu ayın sonuna qədər olan Mirzəbəyova yeni saziş təklif olunub. Ancaq maaşın azaldılması şərti ilə.

 

Həmçinin, çililiyə də qalmaq üçün məvacibində güzəştə getməsi tələbi qoyulub. O isə gələn ilin yanvarına qədər “Neftçi”yə məxsusdu. Az maaşa razılıq verilməyəcəyi təqdirdə, yığmamızın üzvünü yola salacaq rəhbərlik cənubi amerikalı ilə də vidalaşmağın yollarını axtaracaq.

 

Qeyd edək ki, İqnasio Errera ötən ilin yanvarında “İrtış”dan, Məhəmməd Mirzəbəyov isə cari mövsümün əvvəlində "Qəbələ"dən transfer olunub.

 

0