[b]Azərbaycan çempionu Çin klubu ilə anlaşdı[/b]
08.05.2018 - 09:31
[b]Azərbaycan çempionu Çin klubu ilə anlaşdı[/b]

Bolqarıstan millisinin voleybolçusu Dobriana Rabadjiyeva karyerasını Çində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Qızıl Avropa Liqasında Azərbaycan yığmasına qarşı oynayacaq hücumçu “Everqrande” ilə danışıqları müsbət yekunlaşdırıb.

 

27 yaşlı Rabadjiyeva çinlilərlə 1 illik anlaşıb. Bu, onun Asiyada ilk sınağı olacaq. Dobriana “Everqrande”yə “Qalatasaray”dan transfer edilib. O daha öncə MOİK (Bolqarıstan), “Konegliano” (İtaliya), “Rabitə” (Azərbaycan) və “Volero”da (İsveçrə) forma geyinib.

 

Qeyd edək ki, Rabadjiyeva Bakının “Rabitə” klubunun şərəfini 2011-2013-cü illərdə qoruyub. O, bu komanda ilə 2 dəfə Azərbaycan, 1 dəfə klublararası dünya çempionatının qalibi olub. Dobriana, həmçinin “Rabitə” ilə Çempionlar Liqasının və mundialın finalında da oynayıb. 

0