[b]Yenə PSJ, yenə kubok - VİDEO[/b]
09.05.2018 - 01:29
[b]Yenə PSJ, yenə kubok - VİDEO[/b]

Fransa Kubokunda qalib bəlli olub. Apasport.az saytının məlumatına görə, finalda aşağı dəstə təmsilçisi “Lez Erbye” ilə PSJ qarşılaşıb.

 

Çempionluğu təmin etmiş parislilər kubokda da sürprizə şərait yaratmayıblar. Komanda 2:0 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, PSJ bununla da Fransa Kubokunu ardıcıl 4-cü, ümumilikdə isə 12-ci dəfə qazanıb.

0