[b]DÇ-2018: Danimarkadan sürpriz, İsveçdən növbəti qələbə[/b]
10.05.2018 - 12:06
[b]DÇ-2018: Danimarkadan sürpriz, İsveçdən növbəti qələbə[/b]

Danimarkada keçirilən kişi xokkeyçilərin dünya çempionatında mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə A və B qruplarında ümumilikdə 4 qarşılaşma keçirilib.

 

Almaniya debütant Cənubi Koreyanı, İsveçrə isə Belarusu məğlub edib. Günün sürprizi B qrupunda qeydə alınıb. Danimarka Finlandiyaya qalib gəlib. İsveç isə Avstriyadan üstün olub.

 

Dünya çempionatı

Qrup mərhələsi

 

A qrupu

 

İsveçrə - Belarus – 5:2

İsveç – Avstriya – 7:0

 

 

B qrupu

 

Finlandiya – Danimarka – 2:3

Almaniya – Cənubi Koreya – 6:1

 

 

A qrupunda məğlubiyyətsiz yoluna davam edən İsveç liderdi.  B qrupunda isə Finlandiya ilk pillədə qərarlaşıb.

0