[b]Mançini rəsmən İtaliya millisində[/b]
15.05.2018 - 00:17
[b]Mançini rəsmən İtaliya millisində[/b]

Roberto Mançininin İtaliya yığmasına təyinatı rəsmiləşib. Apasport.az saytı xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi tvitter səhifəsi məlumat yayıb.


Artıq tərəflər arasında müqavilə imzalanıb. Anlaşmanın müddəti və detalları açıqlanmyıb.

Qeyd edək ki, “Fiorentina”, "Latsio" “İnter”, “Mançester Siti”, “Qalatasaray” kimi klubları çalışdıran Mançini son olaraq “Zenit”də işləyib.

0