[b]Buffon karyerasını bitirir[/b]
16.05.2018 - 18:05
[b]Buffon karyerasını bitirir[/b]

"Yuventus"un və İtaliya millisinin qolkiperi Canluici Buffon mövsümün sonunda karyerasını bitirəcək. Qapıçının agenti Silvano Martino bu barədə məlumat verib.

 

"Tottinin vidasına bənzəməyəcək. Elə şeylər "Roma"nın tərzinə xasdı. Daha çox Del Pyeronun gedişinə oxşar vida gözləyirəm. Çoxlu göz yaşı olacaq. Futbol tarixinin ən böyük qapıçısını uzun illər boyu təmsil etməkdən şərəf duyuram. Başqa heç bir şey deyə bilmərəm. Bütün detalları özü mətbuat konfransında açıqlayacaq" - deyə, Martino bildirib.

 

Mayın 19-da "Yuventus" İtaliya A Seriyasının XXXVIII turu çərçivəsində "Verona"nı qəbul edəcək. Sözügedən matç Canluici Buffonun karyerasındakı sonuncu matç kimi tarixə düşəcək.

0