[b]TPL: Mövsümün son təyinatları[/b]
18.05.2018 - 15:47
[b]TPL: Mövsümün son təyinatları[/b]

Topaz Premyer Liqasında XXVIII turunun oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2017/2018-ci illər mövsümünün son turunda FİFA referilərindən yalnız Rəhim Həsənov baş hakim kimi meydana çıxacaq. O, “Kəpəz” – “Neftçi” görüşündə fit çalacaq.

 

Qarşıdakı tur daha bir hakimin debütü ilə əlamətdar olacaq. “Səbail” – “Kəpəz” qarşılaşmasını Vüqar Həsənli idarə edəcək.

 

“Sumqayıt”la “Zirə” arasında mərkəzi oyun Rauf Cabbarova həvalə edilib. “Qəbələ” və “Qarabağ” arasında çempionatın son matçını isə debütü ötən tura təsadüf edən Rəşad Əhmədov baş hakim olacaq.

 

Topaz Premyer Liqası

XXVIII tur

20 may (bazar)

 

17:15. “Səbail” – “Keşlə”

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Murad Məmmədov

“Bayıl Arena”

 

17:15. “Kəpəz” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

 

17:15. “Sumqayıt” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Şahin Cəfərov

Sumqayıt. Şəhər stadionu

 

21 may (bazar ertəsi)

 

19:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Ramiz  Mustafayev

Hakim-inspektor: Əli Hüseynov

“Azərsun Arena”

0