Ağasəlim Mircavadov: “Mənə yarımmüdafiə xəttini göstər, həmin komandanın gücünü, nəyə qadir olduğunu deyim”
05.06.2008 - 17:10
Ağasəlim Mircavadov: “Mənə yarımmüdafiə xəttini göstər, həmin komandanın gücünü, nəyə qadir olduğunu deyim”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. Yığmanın Bosniya və Herseqovinaya məğlub olduğu matçda çıxışından narazı qalan A.Mircavadov yarımmüdafiə xəttinə xüsusi diqqət yetirməyi vacib sayıb: “Komandanın uğurlu çıxışı üçün yarımmüdafiə xətti güclü olmalıdır. Olmadısa, necə deyərlər, apar qaytar”. Son iki ildə “Xəzər-Lənkəran”ı çalışdıran 61 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan futbolunu inkişaf etdirmək üçün məqsədyönlü iş görmək lazımdır: “Reklam dövrü artıq arxada qaldı. Hər bir oyunun məqsədi, ardıcıllığı olmalıdır. İndi mövsüm başa çatıb, futbolçular istirahətdə olduğu vaxtdır. Futbolçularla tanış olmaq istəyən baş məşqçi onları ikitərəfli oyunda da sınaya bilər”.
0