Georgi Xristov: “Bir müddət əvvəl “Neftçi” klubu mənimlə maraqlanırdı”
13.06.2008 - 16:03
Georgi Xristov: “Bir müddət əvvəl “Neftçi” klubu mənimlə maraqlanırdı”
32 yaşlı hücumçu “Bakı” klubuna keçməsinin mümkünlüyünü komandanın baş məşqçisi Qyoko Hacievskinin adı ilə bağlayır: “Azərbaycandan aldığım sərfəli təklif barədə hələ fikirləşirəm. Söhbət heç də maddi cəhətdən getmir. Məni tanıyanlar bilirlər ki, heç vaxt pul dalınca qaçmamışam. 30 yaşdan sonra hər oyunçuya yeni təəssüratlar qazanmaq nəsib olmur. Həm də “Bakı”nı həmyerlim olan Qyoko Hacievski çalışdırır. On il əvvəl yığmada onun rəhbərliyi altında çıxış etmişəm”. “Bakı”nın reallaşdırmaq istədiyi futbolçu əvvəlki kimi qol vurmaq həvəsində deyil: “Əvvəllər daha çox qol vurmağa çalışırdım. İndi isə məhsuldar ötürmə verməkdən daha çox zövq alıram. Yaşlaşdıqca futbolçu özünü yox, komandasını düşünür. Lakin əvvəlki illərdə vurduğum qolların əksəriyyətini çox yaxşı xatırlayıram. Azərbaycana qarşı oynadığım yeganə matçda komandanızın qapısından birini başla olmaqla, iki top keçirdim. Həmin qolları da, İngiltərə Premyer Liqasındakı qollarım da gözümün qabağındadır. Hətta Hollandiya birinciliyində “Ayaks”ı da məyus etmişəm. Amma klubun heyətində rəqibin kimliyindən asılı olmayaraq, vurduğum qollar ikinci plandadır. Onların heç biri yığmadakı qollarla müqayisəyə gəlmir”.
0