Rusiyada yeni doğulan uşağa Qus Hiddink adı qoyulub
24.06.2008 - 17:35
Rusiyada yeni doğulan uşağa Qus Hiddink adı qoyulub
Bakı - APA-Sport. Avropa çempionatında Rusiya milli komandasının uğurlu çıxışı bu ölkədə qeyri-adi şəkildə qeyd olunub. “APA-Sport” agentliyinin məlumatına görə, Novosibirsk vilayətinin Bolotnoe şəhərində doğulan oğlan yığmanın hollandiyalı baş məşqçisi Qus Hiddinkin şərəfinə adlandırılıb. Xmelevlər ailəsində dünyaya göz açan körpəyə Qus adı qoyulub.
Qeyd edək ki, Rusiya yığması tarixində ən böyük uğura imza ataraq, Avro-2008-in yarımfinalına yüksəlib.
0