Subaşiçin fanatları həbs olunub
06.10.2008 - 13:13
Subaşiçin fanatları həbs olunub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Serbiya futbol çempionatının növbəti turu qalmaqalla nəticələnib. “APA-Sport”un məlumatına görə, Belqradın iki ən titullu komandası “Srvena Zvezda” və “Partizan” arasında keçirilən görüşdən sonra azarkeşlərlə polis arasında münaqişə baş verib.

Beş polis və mülki vətəndaşa xəsarət yetirən fanatlar bir neçə avtomobili də əziblər. Azərbaycan milli komandasının serbiyalı hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Srvena Zvezda”nın əzəli rəqibinə 0:2 hesabı ilə uduzmasını qəbul edə bilməyən belqradlıların özbaşınalıqlarını polislər cavabsız qoymayıblar. Hadisə zamanı 24 azarkeş həbs olunub. Bunlardan 11-i sonradan buraxılsa da, 13 fanat hələ də həbsdədir.
0