“Azərreyl” Türkiyə klubundan əvəz çıxdı
07.10.2008 - 12:32
“Azərreyl” Türkiyə klubundan əvəz çıxdı
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyədə təlim-məşq toplanışında olan qadınlardan ibarət “Azərreyl” voleybol klubu ikinci yoxlama matçını keçirib. “APA-Sport”un məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv yenə Superliqa təmsilçisi “Nilufər Bələdiyyəsi” klubu ilə qarşılaşıb.

Rəqibindən aşkar üstün olan komandamız görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb. Tərəflər arasında sonuncu oyun bu gün baş tutacaq.

Qeyd edək ki, “Azərreyl” ilk matçda Bursa şəhərini təmsil edən rəqibinə 2:3 hesabı ilə uduzub.
0