Bakıda Dünya Kuboku başlayır
10.10.2008 - 15:28
Bakıda Dünya Kuboku başlayır
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə Dünya Kuboku start götürəcək. “APA-Sport”un məlumatına görə, turnirdə 13 ölkənin idmançıları mübarizə aparacaq.

Belə ki, Dünya Kubokuna Azərbaycan da daxil olmaqla, Türkiyə, Hollandiya, Rusiya, Polşa, Kanada, Çexiya, Gürcüstan, İsveçrə, Ukrayna, Yunanıstan, Litva və Xorvatiya komandaları qatılacaqlar. Turnirin püşkü bu gün axşam saatlarında atılacaq. İki gün davam edəcək yarışda görüşlər saat 10:00-da başlanacaq.

Dünya Kubokunun rəsmi açılış mərasimi sabah saat 17:00-da olacaq. Milli komandamız qarşıdakı turnirdə heç də əsas heyətlə iştirak etməyəcək. Baş məşqçi Ağayar Axundzadə XXIX Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparmış 6 cüdoçudan cəmi 2-sinin - Elxan Məmmədovla Kifayət Qasımovanın xidmətindən yararlanacaq.
0