“Azərneft”ə belarussayağı dərs
12.10.2008 - 10:44
“Azərneft”ə belarussayağı dərs
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın kişi voleybolçulardan ibarət “Azərneft” klubu Çelenc Kubokunun birinici mərhələsində uğursuzluğa düçar olub. “APA-Sport”un məlumatına görə, komandamız qitə miqyaslı yarışda keçirdiyi ilk görüşdə Belarus təmsilçisi “Metallurq”a uduzub.

Quba Olimpiya Kompleksində baş tutan qarşılaşma qonaqların “quru hesablı” qələbəsi ilə nəticələnib. Belə ki, belaruslular hər 3 setdə qalib gəliblər - 25:16, 25:6, 25:15. Bu məğlubiyyətdən sonra “Azərneft”in növbəti mərhələyə yüksəlmək şansını minimuma enib. Tərəflər arasnda cavab görüşü oktyabrın 18-də Belarusda keçiriləcək.
0