Türkiyə yığmasında daha bir itki
12.10.2008 - 16:46
Türkiyə yığmasında daha bir itki
Bakı - APA-Sport. Türkiyə yığmasında daha bir futbolçu sıradan çıxıb. “APA-Sport”un məlumatına görə, Bosniya və Herseqovina ilə görüşdə Batuhan Karadeniz zədələnib. 17 yaşlı hücumçu milli komandada debüt matçını 39-cu dəqiqədə yarımçıq dayandırıb. Rəqib komandanın üzvü ilə hava mübarizəsi zamanı türkiyəli futbolçunun çiyni çıxıb.

“Beşiktaş” klubunun da şərəfini qoruyan Batuhanın zədəsi kifayət qədər ciddidir. O, dünya çempionatının növbəti seçmə oyununda milli komandaya yardm edə bilməyəcək. Bu səbəbdən yığmanın baş məşqçisi Fatih Terim Batuhanı Estoniyaya aparmayacaq. Hazırda “ay-ulduzlular”ın heyətində 15-dək zədəli futbolçu var.


0