54 yaşında, səkkizinci dəfə Yay Olimpiya Oyunlarında?
27.10.2008 - 12:54
54 yaşında, səkkizinci dəfə Yay Olimpiya Oyunlarında?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Fransalı velosipedçi Janni Lonqo səkkizinci dəfə Olimpiya Oyunlarında çıxış etmək istəyir. “APA-Sport”un məlumatına görə, 1984-cü ildə Los-Ancelesdə keçirilən Olimpiadadan bu il baş tutan Pekin Olimpiadasınadək bütün yarışlarda iştirak edən 50 yaşlı idmançı karyerasını bitirmək fikrindən uzaqdır. 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına getmək iddiasında olan Janni Pekində 4-cü yerlə kifayətlənib. 1980-ci ildə qadın velosipedçilərin Olimpiya Oyunlarında mübarizə aparsaydı, Pekin Lonqo üçün VIII olacaqdı. Lakin Janni özü üçün səkkizinci olacaq London Olimpiadasına 54 yaşında qatılmağın da əleyhinə deyil: “Niyə də Londona getməyim? Çoxları bu yaşda ölkəmizi Olimpiadada təmsil etməyimə görə məni sevmir. Amma 49 yaşında Fransa çempionu oluramsa, nə etməliyəm?”
Qeyd edək ki, fransalı veteran indiyədək olimpiadalarda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
0