Ən populyar futbolçu kimdir?
19.11.2008 - 18:55
Ən populyar futbolçu kimdir?
Devid Bekhem dünyada ən populyar futbolçudur. Apasport.az saytının məlumatına görə, ABŞ-nın “Los-Anceles Qalaksi” klubunda çıxış edən 33 yaşlı ingilis yarımmüdafiəçi adı dünya internet şəbəkəsində ən çox rast gəlinən oyunçudur. Araşdırmaların nəticəsi Bekhemin adının internetdə 42,7 milyon dəfə hallandığını göstərib. İkinci və üçüncü yerlərdə müvafiq olaraq “Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Kriştiano Ronaldo (32,5 milyon) ilə “Milan”ın braziliyalı hücumçusu Ronaldinyodur (21,4 milyon). Azərbaycan milli komandasının cari seçmə mərhələdə rəqiblərindən olan Rusiya yığmasının lideri Andrey Arşavinin siyahında 4-cü yerdə getməsi diqqəti çəkən məqamdır. Adına internetdə 20 milyon dəfə rast gəlinən “Zenit”in 26 yaşlı hücumçusu siyahıda Dieqo Maradona, Zinəddin Zidan, Ronaldo, Joze Mourinyo, Luiş Fiqu, Robinyo, Mihael Ballak, Frenk Lempard, Raul kimi məşhurları qabaqlayır. Daha bir maraqlı məqam ondadır ki, Arşavin populyar olan ruslar arasında yalnız ölkəsinin baş naziri Vladimir Putindən geri qalır.
0