Ari Haan heç-heçəyə sevinir
19.11.2008 - 23:49
Ari Haan heç-heçəyə sevinir
Bu gün Bakıda yoldaşlıq görüşü çərçivəsində Azərbaycan futbol yığması ilə qarşılaşmış Albaniya milli komandasının baş məşqçisi Ari Haan nəticədən razı qalıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis 1:1 hesabının yaxşı olduğunu söyləyib.

“Düzdür, demək olar, mən meydanda oyun görmədim. Adətən say azlığında qalanda mübarizə aparmaq çətinləşir. İstər-istəməz müdafiəyə diqqəti artırmalı olursan. Bu gün də belə oldu. Nəticədən razıyam” - deyə Haan vurğulayıb.

Albaniya yığmasının baş məşqçisi bildirib ki, oyunda yaşanan xoşagəlməz hadisələrə baxmayaraq, Foqtsla dostluq münasibəltərini davam etdirəcək. O, hakimlərin qərarlarına şərh verməyib.
0