“Belkeviç bizə kömək edə bilər, amma...”
26.11.2008 - 12:49
“Belkeviç bizə kömək edə bilər, amma...”
Bakının “İnter” klubunun belaruslu yarımmüdafiəçisi Valentin Belkeviçin yenidən Ukraynada çıxış edəcəyinə bu ölkənin özündə də inanmırlar. Apasport.az saytının məlumatına görə, bəzi Ukrayna mənbələri “Arsenal” və “Lvov”un 35 yaşlı futbolçunu transfer etmək istədiyini iddia etsə də, klublar bunu təkzib edir. “Arsenal”ın baş məşqçisi Aleksandr Zavarov Kiyev təmsilçisinin Belkeviçə maraq göstərməsindən xəbərsiz olduğunu bildirib: “Belkeviçin “Arsenal”a gəlmək variantını olmasını indi eşidirəm. Belə məsələdən heç xəbərim yoxdur”.

Zavarovun “Lvov”dan olan həmkarı Sergey Kobvalets isə belə oyunçuya ehtiyacları olduğunu, lakin bunun tutduqları yola uyğun olmadığını söyləyib: “Belkeviçin 35 yaşı olsa da, komandamıza köməyi dəyə bilər. Bu səviyyədə futbolçunun pasportuna baxmazlar. Lakin klubumuzun prezidenti xeyli əvvəl yalnız ukraynalı futbolçulara güvənəcəyimizi bəyan edib. Elə “Lvov”un özəlliyi də bundadır. Yalnız güclü komandaya çevriləndən sonra legionerləri heyətə cəlb etmək haqda düşünəcəyik. Hələlik isə belə məsələ müzakirə olunmur”.
0