“İnter”in Moskvadakı rəqibləri dekabrın 1-də məlum olacaq
26.11.2008 - 18:31
“İnter”in Moskvadakı rəqibləri dekabrın 1-də məlum olacaq
Bakının “İnter” klubunun “MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirindəki rəqibləri dekabrın 1-də məlum olacaq. Apasport.az saytının məlumatına görə, ənənəvi olaraq Rusiyada keçirilən yarışın püşkatması gələn ayın ilk günündə, bazar ertəsi keçiriləcək. Tədbir Moskvanın “Futbol evi”ndə təşkil olunacaq. Sayca XVII olan turnirdə Azərbaycanı son ölkə çempionu “İnter” təmsil edəcək.
Qeyd edək ki, “MDB və Baltikyanı ölkələrin Birlik kuboku”nun oyunları 2009-cu il yanvarın 17-dən 26-dək Moskvanın “Olimpiyski” və “Dinamo” manejlərində keçiriləcək.
0