Çində futbolçu həbs olundu
27.11.2008 - 16:20
Çində futbolçu həbs olundu
Çinli sabiq futbolçu Junvu Ven edam məhkum olunub. Apasport.az saytının məlumatına görə, buna onun cinayət işlətməsi səbəb olub.

30 yaşlı Ven qumara qurşanmağın cəzasını çəkəcək. Belə ki, o, borcunu qaytarmaqdan imtina edən bir şəxsi qətlə yetirib. Venlə bağlı çıxarılan edam cəzası 2010-cu ildə yerinə yetiriləcək. Amma o, bu müddət ərzində özünü nümunəvi məhbus kimi göstərərsə, edam cəzası ömürlük həbs cəzası ilə əvəz olunacaq.

Qeyd edək ki, Ven vətəninin gənclərdən ibarət yığmasının və “Apollo” klubunun şərəfini qoruyub. Qumara qurşandıqdan sonra futboldan uzaqlaşan məhkum olan-qalan var-dövlətini də itirib. Onun bu səbəbdən oğurluq etdiyi haqda da faktlar var.
0