7 klub UEFA kubokunun 1/16 finalına vəsiqə qazanıb
28.11.2008 - 11:36
7 klub UEFA kubokunun 1/16 finalına vəsiqə qazanıb
UEFA kubokunun 1/16 final mərhələsində yarışacaq 32 komandadan 7-si məlumdur. Apasport.az saytının məlumatına görə, bunlar “Milan” (İtaliya), “Mançester Siti” (İngiltərə), “Sent Etyen” (Fransa), MOİK, “Zenit” (hər ikisi Rusiya), “Şaxtyor” (Ukrayna) və “Olborq” (Danimarka) klublarıdır.

“Milan”, “Mançester Siti”, “Sent Etyen” və MOİK UEFA kubokunun qrup mərhələsində uğurlu çıxış sayəsində növbəti tura vaxtından qabaq vəsiqə qazanıb. Reqlamentə əsasən, qrupda ilk 3 yeri tutan kollektivlər 1/16 finalda iştirak hüququ qazanır. Qrup mərhələsində daha 20 vəsiqə sahibini gözləyir. “Qalatasaray” “Metalist”ə uduzsa da, 1/16 finala yüksəlmək şansı az deyil.

Çempionlar Liqasında isə qruplarda 3-cü yeri tutan komandalar mübarizəni UEFA kubokunda davam etdirəcəklər. “Zenit”, “Şaxtyor” və “Olborq” məhz Çempionlar Liqası turnirini UEFA kuboku uğrunda yarışa dəyişəcəklər. UEFA kubokunun 1/16 finalında oynayacaq bütün komandaların adları dekabrın 18-dək müəyyənləşəcək.
0