Yığmaya ya Rusiyadan, ya da Kubadan baş məşqçi gətiriləcək
04.12.2008 - 16:13
Yığmaya ya Rusiyadan, ya da Kubadan baş məşqçi gətiriləcək
“Federasiyanın hesabat seçki konfransı dekabrın sonunda keçiriləcək. Prezident postunu tutmaq üçün yenidən namizədliyimi verəcəyəm. Çünki geri çəkilmək üçün ciddi əsas görmürəm”. Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Ağacan Abıyev deyib.

ABF rəhbəri kişilərdən ibarət milli komandaya yeni baş məşqçi axtarışlarına başladıqlarını da qeyd edib. Özü də bu mütəxəssis əcnəbi olacaq: “Hazırda iki variant üzərində dayanmışıq. Dekabrın 8-də Moskvaya gedəcəyəm. Danışıqlarımız alınsa, yığmanı təcrübəli rusiyalı məşqçiyə tapşıracağıq. Bununla yanaşı, İtaliya yığması ilə Pekin olimpiadasında uğur qazanan kubalı mütəxəssis də planlarımıza daxildir. Hər şey danışıqlardan asılıdır”.
0