Elçin Cəfərov ilin ən yaxşı məşqçisi seçildi
17.12.2008 - 15:28
Elçin Cəfərov ilin ən yaxşı məşqçisi seçildi
Rövşən Bayramov 2008-ci ildə Azərbaycanın ən yaxşı güləşçisi seçilib. Bu haqda apasport.az saytına Güləş Federasiyasından məlumat verilib. Bayramov bu il Pekin Yay Olimpiya Oyunlarında gümüş, Avropa çempionatında isə qızıl medal qazandığı üçün ölkəmizin ən yaxşı pəhləvanı olub.

Yunan-Roma güləşi üzrə milli komandanın sabiq çalışdırıcısı, hazırda federasiyada vitse-prezident postunu tutan Elçin Cəfərov ilin ən yaxşı məşqçisi nominasiyasında birinci yeri tutub. Hicran Şərifov isə 2008-ci il üçün Azərbaycanın ən yaxşı hakimi seçilib.
0