Heyvanları sevən çılpaq gözəlçə... FOTO
29.12.2008 - 11:14
Heyvanları sevən çılpaq gözəlçə... FOTO
Üzgüçülük üzrə ikiqat olimpiya çempionu Amanda Beard yenə çılpaq şəkilləri ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, ABŞ idmançısı bu dəfə PETA (heyvanlarla etik rəftar edən insanlar) təşkilatının jurnalı üçün soyunub. ABŞ bayrağının qarşısında açıq-saçıq poza verən 27 yaşlı gözəlçə bununla da, heyvanlara yaxşı münasibət göstərməyin vacibliyinə işarə edib.

Onu da qeyd edək ki, üzgüçülük Amandanın yeganə məşğuliyyəti deyil. İstedadlı idmançı asudə vaxtlarında model kimi podiumlara çıxır və reklam çarxlarına çəkilir. O, əvvəllər “Maxim” və “Playboy” jurnalları üçün də soyunub.
0