Ən çox arzulanan və ən seksual futbolçu - FOTO
08.01.2009 - 19:15
Ən çox arzulanan və ən seksual futbolçu - FOTO
İtaliya milli komandasının futbolçuları Cennaro Qattuzo və Luka Toni ölkədə keçirilən növbəti sorğunun qalibləri olublar. Apasport.az saytının məlumatına görə, Apennin yarımadasının xanımları ən çox arzuladıqları və ən seksual futbolçunu müəyyənləşdiriblər.

Ölkə qadınlarının 58 faizinin qatıldığı səsvermədə “Milan”ın yarımmüdafiəçisi Cennaro Qattuzo ən arzulanan oyunçu olub. Belə ki, hər 3 qadından biri, yəni respondentlərin 33 faizi bu temperamentli idmançı ilə yaxın sevgi münasibətləri qurmaq arzusundadır.

Qattuzonun yeni komanda yoldaşı, adətən bu tipli sorğuların qalibi olan Devid Bekhem ikinci yeri tutub. “Yuventus”lu Amauri isə üçüncü olub.

Ən gözəl və seksual futbolçu adını isə “Bavariya”da çıxış edən Luka Toni qazanıb. Səslərin 63 faizini qazanan hücumçu Bekhem və Amaurini qabaqlayıb.
0