Voleybol yığmamız İsraili də məğlub etdi
08.01.2009 - 22:57
Voleybol yığmamız İsraili də məğlub etdi
Gənc qızlardan ibarət Azərbaycan voleybol yığması Avropa çempionatının seçmə mərhələsində ikinci görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Feliks Məmmədovun baş məşqçisi olduğu milli komandamız Antalya şəhərində keçirilən qitə birinciliyində Slovakiya üzərindəki qələbədən (3:2) sonra İsrail yığmasını da üstələyib – 3:0 (25:22, 25:16, 25:14).
E qrupunda qərarlaşan voleybolçularımız sabah Türkiyə, daha sonra Fransa və Portuqaliya ilə üz-üzə gələcəklər.
0