Yığmanın futbolçusu deputat qızı ilə evlənir
14.01.2009 - 13:37
Yığmanın futbolçusu deputat qızı ilə evlənir
Türkiyə milli komandasının və “Middlsbro”nun futbolçusu Tuncay Şanlı subaylığın daşını atmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu bu ilin yayında evlənməyi planlaşdırıb. Onun gələcək həyat yoldaşı isə Cümhuriyyət Xalq Partiyasının (CHP) rəsmisi, deputat Mehmet Sevigenin qızı Selen olacaq.

Tuncay və Selen 2 il öncə tanış olublar. Bir müddətdən sonra onlar evlənmək fikrinə düşüblər. Selenin valideynləri də bu cütlülüyün əleyhinə deyil. Tezliklə Tuncayın ailəsi elçiliyə gedəcək. Məşhur futbolçunun nikah şahidləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim və CHP sədri Dəniz Baykal olacaq.

Maraqlıdır ki, Selen Tuncaydan 3 yaş böyükdür. O, Bilkent Universitetində iqtisadçı ixtisasına yiyələndikdən sonra ABŞ və İngiltərədə də ali təhsil alıb. Selen Londonda Musiqi və İncəsənət Akademiyasını bitirərək, aktrisalığa başlayıb. Deputat qızı bu vaxta qədər “O, indi məhkum” və “O... uşaqları” filmlərində oynayıb. Özü də Selen Tuncayın əvvəllər şərəfini qoruduğu “Fənərbaxça” klubunun fanatik azarkeşidir.
0