Valentin Belkeviç haqda növbəti şayiə
17.01.2009 - 13:44
Valentin Belkeviç haqda növbəti şayiə
Azərbaycan Premyer Liqasının ilk dövrəsində Bakı “İnter”ində çıxış edən Valentin Belkeviç Ukraynanın “Lvov” klubuna lazım deyil. Apasport.az saytının məlumatına görə, yüksək liqada çıxış edən Lvov təmsilçisinin idman direktoru Roman Laba 26 yaşlı belaruslu yarımmüdafiəçini transfer edəcəkləri ilə bağlı yayılan xəbərləri təkzib edib. Onun sözlərinə görə, Belkeviçin “Lvov”a keçidi şayiədən başqa bir şey deyil: “Belkeviçə danışıqlar aparmağımızla bağlı informasiyalar doğru deyil. Biz bu futbolçuya heç bir konkret təklif göndərməmişik. Valentinlə komandamıza keçidi ilə söhbətlər yalnız şayiə səviyyəsindədir”.

Qeyd edək ki, ölkəmizə gələnədək 12 il Kiyev “Dinamo”sunda çıxış edən Belkeviç “İnter”lə cari mövsümün sonuna qədər olan anlaşmanı qarşılıqlı razılıqla pozub.
0