Adamiya yeni komandasında ilk qolunu vurdu
19.01.2009 - 10:35
Adamiya yeni komandasında ilk qolunu vurdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Bakı” ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bakılılar Türkiyə çempionatının ikinci dəstə təmsilçisi “Şanlı Urfaspor”a 5:3 hesabı ilə qalib gəlib. Matçın əvvəlində 0:2 hesabı ilə məğlub duruma düşən Qyoko Hacıyevskinin yetirmələri sonda 2 top fərqli qələbə qazandı. “Bakı”nın qollarına Amiran Muciri, Əhməd Ticani, həmçinin yeni oyunçular Hasan Suari, Georgi Adamiya və Papa Ceyhona imza atıblar.

Paytaxt təmsilçisi növbəti hazırlıq oyununu yanvarın 21-də Türkiyənin Superliqa təmsilçisi "Hacettepe"ya qarşı keçirəcək. Bu komanda hazırda 9 xalla Superliqada 17-ci sırada qərarlaşıb.
0