Azərbaycanlı modeldən ayrılan futbolçu vəhşiliyə əl atdı - FOTO
12.02.2009 - 16:53
Azərbaycanlı modeldən ayrılan futbolçu vəhşiliyə əl atdı - FOTO
Qış transfer mövsümündə “İstanbulspor” klubunu tərk edən Hakan Qorxmaz qalmaqal salıb. Apasport.az saytının məlumatına görə, türk futbolçu sevgilisi Eva Mayanı vəhşicəsinə döyərək, mətbuatın gündəminə gəlib.

Hadisə dünən gecə baş verib. Gecə klubunda əylənən Hakan macar əsilli Evaya zəng vurub. Lakin 25 yaşlı yarımmüdafiəçinin zəngləri cavabsız qalıb. Gecəyarısı Mayanın evinə yollanan futbolçu qapının bağlı olduğunu görüb. Buna baxmayaraq, Qorxmaz sevgilisini küçədə gözləməyə qərar verib.

Eva yalnız bir neçə saatdan sonra evə dönüb. Evin qapısı ağzında mübahisəyə girişən cütlük dava-dalaşa başlayıb. Əsəblərini cilovlaya bilməyən Hakan zərif xanımı vəhşicəsinə döyüb. Nəticədə modelin üz nahiyəsi tanınmaz hala düşüb. Dərhal xəstəxanaya çatdırılan Maya hadisə ilə bağlı polisə şikayət etmək fikrindədir.

Qeyd edək ki, Eva Maya artıq 10 ildir Türkiyədə yaşayır. Macar əsilli maneken aktrisalığa başlayıb və bir sıra kinoya çəkilib.

Xatırladaq ki, Hakan bundan öncə Türkiyədən yaşayan azərbaycanlı model Nigar Talıbova ilə eşq macərası yaşayıb. Futbolçu Nigarla ötən il ayrılaraq, ürəyini Evaya verib.
0