“Futbolçulara görə telefon nömrəmi çox tez-tez dəyişirəm”
13.02.2009 - 19:19
“Futbolçulara görə telefon nömrəmi çox tez-tez dəyişirəm”
Türkiyəli maneken Lara Surol futbolçulardan narazıdır. Apasport.az saytının məlumatına görə, 23 yaşlı model telefonuna gələn saysız-hesabsız zənglərdən bezib. Özü də onu ən çox narahat edən “Fənərbaxça”nın oyunçularıdır.

Lara Türkiyədə “Pink” radiosunun qonağı olarkən, üzləşdiyi vəziyyəti belə təsvir edib: “Futbolçuların ucbatından telefon nömrəmi çox tez-tez dəyişdirirəm. Ən əsas israr edənlər isə “Fənər”lilərdir. Hər vaxt zəng vurub, məni yeməyə dəvət edirlər. Heç bir-birlərindən xəbərləri yoxdur. Buradan onlara səslənirəm: lütfən, məni rahat buraxın, diqqətinizi öz işinizə yönəldin. Komandanızın vəziyyəti bəllidir”.
0