Sevgilisi Frank Lempardı atıb getdi - FOTO
18.02.2009 - 11:26
Sevgilisi Frank Lempardı atıb getdi - FOTO
İngiltərə yığmasının və “Çelsi”nin yarımmüdafiəçisi Frank Lempard fevralın 14-də, Sevgililər günündə ağır mənəvi zərbə alıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu ilə 8 il birgə yaşayan ispaniyalı model Elen Rives gözlənilmədən ondan ayrılıb.

Lempardın mətbuat katibi hadisə haqda bunları deyib: “Artıq Frankla Elen bir yerdə deyillər. Bunun səbəbi bilinmir. Ayrılıqda heç kimin əli olmayıb. Münasibətləri kəsməyi Elen özü istəyib. Bu, son illərdə onun törətdiyi ən kədərli hadisədir”.

Məşhur futbolçu sevgilisinə Londonda 3 milyon funt-sterlinqə villa alıbmış. Amma ayrılıqdan sonra Elen buradan köçüb.

Maraqlıdır ki, cütlük 8 il ərzində birgə yaşasa da, rəsmi nikaha girməyib. Buna baxmayaraq, onların iki qızı var: 2 yaşlı Luna və 1 yaşlı İsla. Lempard sevgilisi tərəfindən atılmasına hələlik münasibət bildirməyib.
0