Mübariz Mənsimovun klubunda 1,5 milyon avroluq futbolçu
19.02.2009 - 18:53
Mübariz Mənsimovun klubunda 1,5 milyon avroluq futbolçu
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu “Xəzər-Lənkəran” klubunda oynayır. Apasport.az saytının məlumatına görə, bu, Lənkəran klubunun rumıniyalı hücumçusu Klaudiu Radukanudur. Onun transfer qiyməti 1,5 milyon avroya bərabərdir. “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun fəxri prezidenti olduğu “Xəzər-Lənkəran” Radukanunu ötən ilin yayında transfer edib.

Cənubluların bir neçə gün öncə heyətə cəlb etdikləri türk futbolçular Əhməd Dursun və Fatih Sonkayanın da transfer qiymətləri bəllidir. Onları almaq istəyən komandalar müvafiq olaraq, 900 min və 500 min avro ödəməlidir.

Onu da qeyd edək ki, son vaxtlaradək Premyer Liqanın ən bahalı futbolçusu digər türkiyəli Devran Ayhan sayılırdı - 1,8 miylon avro. İndi isə onun transfer qiyməti 900 min avro dəyərləndirilir.

Mənbə: http://www.transfermarkt.de
0