Elxan Məmmədova da mükafat verildi
22.02.2009 - 20:09
Elxan Məmmədova da mükafat verildi
Azərbaycan cüdo yığması Almaniyanın Hamburq şəhərində keçirilən Qran-Pri turnirində iki medal qazanıb. Apasport.az saytının məlumatına görə, milli komandamıza ikinci mükafatı 90 kq çəki dərəcəsində Elxan Məmmədov gətirib.

27 yaşlı idmançımız təsnifat mərhələsində ardıcıllıqla Penq Liu (Çin), Robert Dumke (Almaniya) və Ramzaddin Sayıdova (Özbəkistan) qalib gəlib. Daha sonra yarımfinalda fransalı Matye Yves Dafrevilə uduzan Elxan bürünc medala layiq görülüb.

Bu gün tatmi üzərinə çıxan digər cüdoçularımız – Ramin Qurbanov, Elxan Rəcəbli (hər iksi 81 kq) və Elmar Qasımov (100 kq) isə fəxri kürsüyə yüksələ bilməyiblər. Hamburqda Elxan Məmmədovla yanaşı, Ramil Qasımov da (66 kq) bürünc medal qazanıb.

Ümumi mükafat fondu 100 min dollar olan Qran-Qrinin ardınca, sabahdan etibarən beynəlxalq təlim-məşq toplanışı start götürəcək.
0