“Bakı” - “Qarabağ” oyunu yenə Babək Quliyevə tapşırılıb
04.03.2009 - 18:14
“Bakı” - “Qarabağ” oyunu yenə Babək Quliyevə tapşırılıb
Premyer Liqanın XVII turunun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, turun mərkəzi qarşılaşması Babək Quliyevə tapşırılıb.

34 yaşlı hakim “Bakı” – “Qarabağ” görüşünə təyinat alıb. Maraqlıdır ki, bu komandaların birinci dövrədəki qarşılaşmasında da Quliyev fit çalmışdı ki, həmin görüşdə Amiran Muciri və Fabio Luis Ramimin qolları bakılılara qələbə qazandırmışdı.

Elçin Məmmədovla Elçin Səmədli isə ikinci dövrədə ilk dəfə baş hakim kimi meydana çıxacaq. Onların hər ikisi sonuncu dəfə XII turda baş hakim kimi təyinat almışdı.

7 mart, şənbə

"Turan" - MOİK

Baş hakim: Elçin Məmmədov
Hakim köməkçiləri: Habil Əliyev, Emil İsgəndərov, Samir Hüseynov

"Qəbələ" - "İnter"
Baş hakim: Fariz Yusifov
Hakim köməkçiləri: Elman Musayev, Əliyar Ağayev, Rasim Məmmədov

"Bakı" - "Qarabağ"
Baş hakim: Babək Quliyev
Hakim köməkçiləri: Ramiz Əsədov, Orxan Məmmədov, Əfqan Həmzəyev

"Olimpik" - "Bakılı"
Baş hakim: Elçin Səmədli
Hakim köməkçiləri: Aleksandr Musatkin, Azad Ə.Hüseynov, Hacıəli Ağayev

8 mart, bazar

"Muğan" - "Xəzər-Lənkəran"

Baş hakim: Anar Salmanov
Hakim köməkçiləri: Azər Əsgərov, İsgəndər Əliyev, Anar Niyazov

"Simurq" - "Neftçi"
Baş hakim: Azad Mütəllimov
Hakim köməkçiləri: Vaqif Musayev, Azad Q.Hüseynov, Ceyhun Haşımov

"Standard" - "Karvan"
Baş hakim: Rövşən Əhmədov
Hakim köməkçiləri: Rauf Məmmədov, Samir Hacıyev, Rauf Cabbarov
0