Yığmamız Varnaya getdi
04.03.2009 - 19:14
Yığmamız Varnaya getdi
Yunan-roma güləşi üzrə Azərbaycan yığması Bolqarıstana yollanıb. Apasport.az saytının məlumatına görə, komandamız Varna şəhərində təşkil olunacaq beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

İki gün davam edəcək yarışın mükafatları uğrunda baş məşqçi Ağalar Aslanovun rəhbərliyi altında 9 idmançımız – Xurşud Babaşov, Vilayət Qəhrəmanlı (hər ikisi 50 kq), Orxan Əhmədov, Qasım Məhəmmədov (hər ikisi 55 kq), Cəfər Balaqədəşov (60 kq), Rüstəm Əliyev, Adil Hüseynov (66 kq), Araz Həsənov (84 kq) və Səbuhi Hümbətov (96 kq) mübarizə aparacaq.
0