Bu gün ağırlıqqaldıranımız podiuma çıxır
06.04.2009 - 13:26
Bu gün ağırlıqqaldıranımız podiuma çıxır
Rumıniyanın paytaxtı Buxarestdə ağırlıqqaldırma üzrə növbəti Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini 7 atlet qoruyur. İlk təmsilçimiz bu gün podiuma çıxacaq. Bu, 62 kq çəki dərəcəsində mübarizə aparacaq Zülfüqar Süleymanovdur.

Baş məşqçi Vahid Nəzərovun digər yetirmələri qarşıdakı günlərdə qüvvələrini sınayacaqlar. Əfqan Bayramov, Sərdar Həsənov (hər ikisi 69 kq) sabah, Namiq Cəmilov (77 kq) aprelin 8-də, İntiqam Zairov (85 kq) ayın 9-da, Rövşən Fətullayevla Əlibəy Səmədov (hər ikisi 94 kq) isə aprelin 10-da çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycanın ən güclü ağırlıqqaldıranları Nizami Paşayev və Turan Mirzəyev zədə ucbatından Avropa çempionatına aparılmayıblar.
0