Roberto Karlos Adrianonu “Fənərbaxça”ya çağırır
13.04.2009 - 11:44
Roberto Karlos Adrianonu “Fənərbaxça”ya çağırır
İtaliyanın “İnter” klubunun braziliyalı futbolçusu Adriano karyerasını Türkiyədə davam eydirə bilər. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl futbolçu karyerasını bitirmək istədiyini açıqlayan 27 yaşlı hücumçu “Fənərbaxça” klubuna keçmək təklifi alıb. Lakin Adrianonu keçidində maraqlı olan komandanın rəhbərliyi deyil, bu komandanın oyunçusudur. Belə ki, istanbulluların məşhur braziliyalı müdafiəçisi Roberto Karlos Adrianonu yanında görmək istəyir. Təcrübəli futbolçu verdiyi müsahibədə həmyerlisinə ismarış göndərib: “Gəl yanma, birlikdə “Fənərbaxça”da çıxış edək”.

Qeyd edək ki, 36 yaşlı müdafiəçinin özü 2007-ci ilin yayında “Fənərbaxça”ya keçib.
0