Azərbaycan milli komandası Rusiyada təlim-məşq toplanışı keçəcək
13.04.2009 - 15:40
Azərbaycan milli komandası Rusiyada təlim-məşq toplanışı keçəcək
Atletika üzrə Azərbaycan milli komandası səfərə hazırlaşır. Bu haqda apasport.az saytına məlumat verən Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, yığmamız Rusiyanın Adler şəhərində təlim-məşq toplanışı keçəcək.

Aprelin 15-də start götürəcək hazırlıq prosesinə 5 idmançı - Valentin Buluçer, Pavel Setin, Teymur Abbasov, Ənvər Zeynalzadə və Murad İbadullayev qatılacaq. Baş məşqçi Məhərrəm Sultanzadənin rəhbərliyi altında gerçəkləşəcək təlim-məşq toplanışı mayın 2-də yekunlaşacaq.
0