Branimir Subaşiç “siftə“ etdi, komandası qələbə qazandı
27.04.2009 - 11:19
Branimir Subaşiç “siftə“ etdi, komandası qələbə qazandı
Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç Çin çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun şərəfini qoruduğu “Çanqçun Yatay” klubu doğma meydanında “Şanxay”ı minimal hesabla məğlub edib.

Start heyətində yer alan və 69 dəqiqə mübarizə aparan Subaşiç görüşün 32-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Bu, Çin çempionatında hamısı start heyətində olmaqla 5-ci oyununu keçirən hücumçunun yeni klubunda ilk vərəqəsidir.

Rəqibinin turnir cədvəlinin birinci pilləsinə yüksəlmək şanslarını gözündə qoyan “Çanqçun Yatay” 6 turdan sonra xal hesabını 11-ə çatdıraraq 4-cü yerə yüksəlib. Baş məşqçi Li Şubinin yetirmələri liderdən cəmi 2 xal geri qalır.

Qeyd edək ki, Subaşiçin komandası növbəti oyununu mayın 2-də, öz meydanında autsayderlər qrupunda yer alan “Şençjen”ə qarşı keçirəcək.
0