“İnter” 385 gündür səfərdə uduzmur
01.05.2009 - 16:30
“İnter” 385 gündür səfərdə uduzmur
“İnter” cari mövsüm rəqib meydanında keçirdiyi çempionat oyunlarında uduzmayan yeganə komandadır. Apasport.az saytının hesablamalarına görə, Azərbaycan Premyer Liqasının XXIV turunda ölkə çempionunu qəbul edəcək “Qarabağ” bakılıların seriyasına son qoymağa çalışacaq.

“İnter” lideri olduğu cari çempionatda 11 səfər oyunundan 9-da qalib gəlib və yalnız 2 dəfə heç-heçə edib. Yalnız “Olimpik” (1:1) və “Bakı” (0:0) qonağın qarşısına “layiqincə çıxa bilib”. Ötən mövsümü də nəzərə alsaq, bakılılar artıq 13 qarşılaşmada meydan sahiblərinə uduzmayıb. Bu görüşlərdə 11 qələbə qazanıb, 2 heç-heçə edən “İnter” 28 qol vurub, 4 dəfə az – 7-ni buraxıb.

Ölkə çempionu sonuncu dəfə ötən il aprelin 13-də “Xəzər-Lənkəran”ın meydanında 1:3 hesabı ilə uduzub. 385 gündür rəqib meydanında özünü qonaq kimi aparmayan “İnter” mayın 3-də “Qarabağ”a uduzmasa, mövsümü səfər üzüntüsü yaşamamış komanda ola bilər. Çünki onların son səfər oyunu autsayderlər qrupunda yer alan “Bakılı”ya qarşı olacaq.

Qeyd edək ki, indiyədək Azərbaycan Premyer Liqasında 49 qələbəyə sevinən Valentin Xodukin iki turdur yubiley zəfərini gözləyir.
0