Ronaldo məşhur futbolçunun bacısı ilə yaxalandı - FOTO
27.05.2009 - 12:43
Ronaldo məşhur futbolçunun bacısı ilə yaxalandı - FOTO
Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo yenidən aşıq olub. Apasport.az saytının məlumatına görə, 2008-ci ildə həm dünya, həm Avropanın ən yaxşısı seçilən 24 yaşlı yarımmüdafiəçi braziliyalı Luana Belletti ilə məhəbbət macərası yaşayır.

“Mançester Yunayted”in futbolçusu komandasının əsas rəqiblərindən sayılan “Çelsi”nin də “bostanına daş atıb”. Belə ki, Ronaldo londonluların 32 yaşlı müdafiəçisi Julianı Bellettinin kiçik bacısına eşq elan etməklə, rəqibinin də qəzəbləndirib. 24 yaşlı Luana iki aydır Kriştiano ilə görüşdüyünü etiraf etməklə yanaşı, portuqaliyalıda onu ən çox nəyin cəlb etdiyini də açıqlayıb. Sən demə, qardaşından rəqib kimi dəyərləndirdiyi Ronaldonun adını dəfələrlə eşitməsi qızda yarımmüdafiəçi ilə tanış olmaq həvəsi yaradıb.

Xatırladaq ki, Luana ilə “Lowry” otelində yaxalanan Ronaldo son aylarda Nereyda Qalyardo və Qabriela Etringer kimi gözəlçələrlə eşq macəraları yaşayıb.
0