Milli komandamız Antalyaya nəyə gedir?
12.06.2009 - 23:12
Milli komandamız Antalyaya nəyə gedir?
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası xaricdə təlim-məşq toplanışı keçəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu məqsədlə yığmamız iyunun 14-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Kurort şəhərində təşkil olunacaq hazırlıq prosesində 18 nəfərlik heyət iştirak edəcək.

Antalya toplanışı 26 iyun-5 iyul aralığında Yekaterinburq şəhərində Rusiyanın sabiq prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirə hazırlıq xarakteri daşıyacaq. Bu yarışda milli komandamızdan başqa, Belarus, Kuba, Yaponiya, Hollandiya və Rusiya mübarizə aparacaq.
0