Avropa birinciliyinə 8 oğlan, 7 rəsmi, 6 qız
19.06.2009 - 16:30
Avropa birinciliyinə 8 oğlan, 7 rəsmi, 6 qız
İyunun 26-da Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə taekvondoçuların Avropa birinciliyi start götürəcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizin şərəfini 8 oğlan, 6 qız taekvondoçu qoruyacaq.

Ümumi nümayəndə heyəti 21 nəfərdən ibarət olacaq. Birincilik iyunun 28-də yekunlaşacaq.
0