Azərbaycanlılar İrana güləşməyə gediblər
25.06.2009 - 16:12
Azərbaycanlılar İrana güləşməyə gediblər
Bu gün İranın Astara şəhərində uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi beynəlxalq turnir start götürüb. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizin şərəfini sərbəst güləş növündə 11 idmançı qoruyur.

Bunlar Pərviz İbrahimli (46 kq), Fərrux Ələkbərov, Qalib Əliyev (hər ikisi 50 kq), Fuad Məmmədov (54 kq), Bəxtiyar İsrafilli (58 kq), Ruslan Şükürov, Firudin İsmayılov (hər ikisi 63 kq), Pərviz Axundov (69 kq), Orxan Şərifov, Kazım Abbasov və Kamran Yunusovdur (hamısı 76 kq). Komandamıza Firdovsi Ömərov rəhbərlik edir. Pəhləvanları turnirə məşqçi Qılman Novruzov hazırlaşdırıb.
0