Aurelio üçün kuryoz və ciddi zədə
09.07.2009 - 15:18
Aurelio üçün kuryoz və ciddi zədə
“Liverpul”un sol cinah müdafiəçisi Fabio Aurelio kuryoz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, braziliyalı öz uşaqları ilə futbol oynayarkən zədələnib. Həkim müayinəsi Fabionun zədəsinin ciddi olduğu aşkara çıxıb.

Belə ki, dizindən xəsarət alan futbolçu yalnız gələn ilin əvvəlində oynaya biləcək. Fabionu bu müddətdə “Liverpul”da İtaliya yığmasının heyətində Konfederasiyalar Kubokunda iştirak edən Andrea Dossena əvəzləyəcək. “Yuventus” klubunun maraq dairəsində olan Andreanın vətəndə oynamaq variantı var idi. Ancaq Aurelionun sıradan çıxmasından sonra Dossenanın gedişi az inandırıcı görünür.
0