Milli komandamızın futbolçusu “Qarabağ”a arxa çevirdi
10.07.2009 - 17:21
Milli komandamızın futbolçusu “Qarabağ”a arxa çevirdi
Azərbaycan yığmasının müdafiəçisi Cəmşid Məhərrəmov az öncə müqavilə bağladığı “Qarabağ”ı yarı yolda qoyub. Apasport.az saytının məlumatına görə, 26 futbolçu qeyri-müəyyən səbəbdən Ağdam klubundan ayrılıb. Onun yenidən son mövsüm şərəfini qoruduğu “Bakı” komandasına qayıdacağı ehtimal olunur.

Maraqlıdır ki, Cəmşid bir ay öncə “Qarabağ”a transfer olunarkən, yeni klubuna sadiq qalacağını bildirmişdi: “Bakı”nı tərk etməyimdə tək səbəb qarabağlı, “Qarabağ”ın yetirməsi olmağımdır. Növbəti ildə “Qarabağ”la çempion olmaq istəyirəm”. Bu sözlərdən sonra Məhərrəmovun “Qarabağ”a arxa çevirməsi anlaşılmazdır.
0