Seksual maneken futbol veteranı ilə müqavilə bağladı - FOTO
13.07.2009 - 13:25
Seksual maneken futbol veteranı ilə müqavilə bağladı - FOTO
İngiltərənin canlı futbol əfsanəsi sayılan Qarı Lineker evlənir. Apasport.az saytının məlumatına görə, vaxtilə “Barselona”, “Tottenhem” kimi məşhur klublarda oynamış 49 yaşlı futbol veteranı seksual maneken Danielle Buksla gələn ay İtaliyada ailə həyatı quracaq.

Amma sevgililər nikahdan öncə öz aralarında müqavilə bağlayıblar. Artıq sağları da ağarmış Lineker gələcək həyat yoldaşının çılpaq fotosessiyalara çəkilməsini istəmir. Məsələ burasındadır ki, Danielle indiyədək bir sıra jurnallara, o cümlədən “Playboy”a lüt pozalar verib. Toydan sonra isə maneken belə fotosessiyalarda iştirak etməyəcək.

“Mənim qızım var. Fikrimcə, gələcəkdə fotosessiyalara çəkilməyim həm Qarini, həm də qızımı narahat edə bilər” - deyə Dnaielle vurğulayıb.

Həmçinin, manekenin də şərti var. Qari Lineker toydan sonra xanımının soyadını daşıyacaq. Yəni, veteran futbolçu Qari Lineker deyil, Qari Buks olacaq.
0