“Neftçi” daha bir futbolçunun transferini rəsmiləşdirir
20.07.2009 - 10:58
“Neftçi” daha bir futbolçunun transferini rəsmiləşdirir
“Neftçi”nin baş məşqçisi Böyükağa Ağayev baxışda olan daha bir futbolçu haqda yekun qərarını verib. Apasport.az saytının məlumatına görə, flaqmanın çalışdırıcısı Taavi Rahnın da oyununu bəyənib.

“Olimpik-Şüvəlan”la yoxlama görüşündə (2:1) qol vuran, “Kocaelispor” və “Ərciyəsspor”la qarşılaşmalarda da özünü yaxşı tərəfdən göstərməyi bacaran estoniyalı müdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Xatırladaq ki, Ağayev sınaqdan keçirdiyi digər futbolçu – rumıniyalı yarımmüdafiəçi Leonard Naydinin də oyunundan razı qalmışdı. Taavi Rahna gəlincə, 28 yaşlı futbolçunun sonuncu klubu “Ekranas” (Latviya) olub. 1999-cu ildə “Lelle” (Estoniya), 2000-2001-ci illərdə “Viljandi” (Tulevik, Estoniya), 2002-2003-cü illərdə “Flora” (Tallin, Estoniya), 2003-2006-cı illərdə “Volın” (Lutsk, Ukrayna) klublarında çıxış edən müdafiəçi Estoniya yığma komandasının heyətində 45 oyunda meydana çıxıb.
0